Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktor kollektivə təqdim edilib – YENİLƏNİB
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təyin olunan yeni direktor Oktay Əmənullayev kollektivə təqdim edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev Oktay Əmənullayevi tibb müəssisəsinin kollektivinə təqdim edib.
A.Ağayev çıxış edərək direktor vəzifəsinə yeni təyin olunan O.Əmənullayevin idarəçilik təcrübəsi və tibb sahəsindəki peşəkarlığını vurğulayaraq kollektivə uğurlar arzulayıb.
O.Əmənullayev çıxışı zamanı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan tapşırıqların vaxtında icrası, yeni layihələrin həyata keçirilməsi istiqamətində prioritet planlarını təqdim edib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək Oktay Əmənullayev ixtisasca anestezioloq-reanimatoloqdur və yeni təyinata qədər Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.
Qeyd edək ki, O. Əmənullayev bu təyinata qədər Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Comments are closed.