ABŞ vitse-prezidenti Cey D. Vens Rusiya və Ukraynanın danışıqlarda irəli sürdüyü əsas tələbləri açıqlayıb.
Musavat.com xəbər verir ki, vitse-prezidentin sözlərinə görə, Ukrayna gələcəkdə təkrar hücumların olmayacağına və öz ərazi bütövlüyünün uzunmüddətli perspektivdə təmin ediləcəyinə dair qarantiyalar tələb edir.
“Rusiya isə müəyyən ərazilər əldə etmək istəyir. Onların çoxunu artıq işğal edib, amma hələ də nəzarəti altında olmayan bölgələr var. Məhz bu məsələlər danışıqların əsas mahiyyətini təşkil edir”, – Vens qeyd edib.
O əlavə edib ki, ABŞ artıq hər iki tərəfin konkret tələblərinin detallarını alıb: “Bu məsələlərin həlli yalnız qarşıdakı görüşdə mümkün olacaq”.
Comments are closed.