Ermənistan və İran arasında bir sıra sənədlər İMZALANDI

Avqustun 19-da Ermənistan və İran arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb.

Musavat.com xəbər verir ki, bu, İran prezidenti Məsud Pezeşkiyanın Ermənistana səfəri zamanı baş verib.

O cümlədən, Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında 2025-2027-ci illər üçün siyasi məsləhətləşmələr haqqında memorandum, Ermənistan İqtisadiyyat Nazirliyi ilə İranın Standartlaşdırma üzrə Milli Təşkilatı arasında standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Ermənistan və İran, həmçinin 2025-2029-cu illər üçün peşə təhsili və təlimi sahəsində, şəhərsalma sahəsində əməkdaşlıq, muzey əməkdaşlığı, tibbi cihazların tənzimlənməsi və kino sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıblar.

Bundan əlavə, tərəflər Ermənistan Milli Arxivi ilə İran Milli Kitabxanası və Arxivləri arasında anlaşma memorandumu imzalayıblar.

Comments are closed.

Tərcümə »