ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir – Gözlənti

Vaşinqton zirvəsi elçi təyinatının sürətlənməsinə təsir edəcək

ABŞ-nin Azərbaycandakı sabiq səfirləri Riçard Morningstar və Robert Sekuta administrasiyaya müraciət edərək, 8 avqustda Vaşinqtonda keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların icrasını uzatmamağı və Cənubi Qafqazda daha fəal işləməyi tövsiyə ediblər.

Diplomatlar bildirib ki, prezident Donald Trampın vasitəçiliyi ilə imzalanmış Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında sülh deklarasiyası regionda sülh, sabitlik və tərəqqi üçün mühüm addımdır. Onlar vurğulayıblar ki, ABŞ-nin iştirakı sənədin hazırlanmasında və gələcəkdə ratifikasiyası və icrasında həlledici rol oynaya bilər.

Morningstar və Sekuta qeyd ediblər ki, Vaşinqton sammiti Rusiyaya, İrana və digər regional oyunçulara “lazımi siqnalları” verib. ABŞ regionun iqtisadi inkişafına dəstək göstərərək, tranzit koridorunu nəzarətdə saxlaya və üçüncü tərəflərin zərərli təsirinə qarşı mübarizə apara bilər.

Sabiq diplomatlar vurğulayıblar ki, ABŞ administrasiyası Dövlət Departamenti, Ticarət Nazirliyi, İnkişaf üzrə Korporasiya və digər strukturlar vasitəsilə Ermənistan və Azərbaycan hökumətləri, onların şirkətləri və amerikalı investorlarla sıx əməkdaşlıq etməli, tranzit layihələrin həyata keçirilməsini təmin etməlidir…

Maraqlıdır ki, ABŞ-ın Azərbaycanda səfir postu aylardır boşdur. Mark Libbi səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Ancaq onun yerinə təyinat ləngiyir. Buna səbəb Senatın təsdiqinin gecikməsi, aqreman verilməsi, yaxud da Amerikadakı erməni lobbisinin təsiri ola bilər.

Qeyd edək ki, Azərbaycan-ABŞ münasibətlərində 8 avqustdan sonra yeni dövr başlanıb. Bakı ilə Vaşinqton strateji tərəfdaşlığa dair xartiyanın imzalanması üçün memorandum imzalanıb. Ağ Ev lideri Donald Tramp isə Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi rəğbətini və ehtiramını ifadə etdi.

Bu münasibət, yaxud yeni dönəm səfir təyinatını sürətləndirə bilərmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərinin istiləşməsi, 8 avqust Vaşintqon görüşü, orada imzalanan sənəd ABŞ-ın Azərbaycana səfir təyinatına müsbət təsirini göstərəcək: “Həqiqətən 8 avqust Vaşinqton sammitin qərarlarını uzatmaq təhlükəlidir, İran və Rusiyadakı mühafizəkar dairələr Vaşinqton razılaşmalarının yerinə yetirilməsini əngəlləmək üçün planlar qurmağa başlayıblar. Bu onların təxribatçı açıqlamalarından da anlaşılır: “Amerikalı diplomatların birgə müraciətində “ABŞ administrasiyası eyni zamanda ABŞ Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək yeni nəqliyyat marşrutlarının potensialını tam reallaşdırmalıdır” cümləsi də diqqətçəkicidir. Bu, ABŞ-ın Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bölgəsində, o cümlədən Mərkəzi Asiyada möhkəmlənməsinin vacibliyindən xəbər verir. ABŞ Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın zənginliklərinə çıxış imkanı qazanacaq. Bu eyni zamanda Mərkəzi Asiya ölkələrinin də siyasi və iqtisadi maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri Rusiya və Çindən iqtisadi asılılıqlarını azaltmağa çalışırlar. Zəngəzur dəhlizindən istifadə onlara bu imkanı saxlayacaq. Administrasiyaya müraciəti ABŞ-nin Azərbaycanda səfiri olmuş şəxslərin ünvanlaması təsadüfi deyil. Yəqin ki, yaxın zamanlarda ABŞ Azərbaycana yeni səfirini göndərəcək”.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri postu artıq bu ilin yanvarından boşdur. Hələlik ABŞ-nin Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn, sonuncu səfir Mark Libbinin təyinatına qədər 1 ildən çox Azərbaycandakı səfirlik  başsız qalıb. Bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. Ekspertlərə görə, artıq Azərbaycana ABŞ-ın səfir təyinatının bu dəfə də uzanmasının heç bir əsas yoxdur. Əlaqələr 8 avqust sammiti ilə daha da yaxınlaşıb. Üstəlik, ABŞ Senatının hər iki palatasında respublikaçılar əsas söz sahibidirlər və  Tramp administrasiyasının istənilən namizədinin Bakıya təyinat almasına ciddi maneə yaradıla bilməz. İndiki halda hər şey Ağ Evin yürütdüyü siyasətdən asılıdır. ABŞ-ın yeni administrasiyası ilə Bakı arasında Co Bayden administrasiyası dövründə müşahidə olunan soyuqluq və gərginlik yoxdur. Artıq bundan sonrakı zamanda Tramp tərəfindən ABŞ-nin ölkəmizə yeni səfirinin təyin edilməsinin uzanması üçün ciddi bir maneə yoxdur. Səfir təyinatı bu dəfə asanlıqla həyata keçirilə bilər. Səfirin təyinatında, əgər o, prinsip etibarilə Azərbaycanda fəaliyyət göstərməyə layiqdirsə, iki ölkə arasında hər hansı problem yaratması ilə bağlı ehtimallar yoxdursa, onun təyinatında heç bir problem olmamalıdır. Yəqin ki, elə bir namizəd seçməyə çalışırlar ki, həm bölgəni yaxından tanıyan, problemləri bilən diplomat olsun, həm də Senatdan keçəndə problemlərlə qarşılaşmasın. Çünki hazırda bu region xüsusilə çox mürəkkəbdir. Belə bir vəziyyətin hökm sürdüyü dövrdə regionun vacib ölkələrindən olan Azərbaycana təyin olunacaq səfir təcrübəli diplomat olmalıdır.

Comments are closed.

Tərcümə »