Sosial şəbəkədə bir nəfər şəxs bazarda satılan tikinti materiallarının ölçüsünün deyilənə uyğun gəlmədiyini iddia edib. O, 3-lük adı ilə tanınan taxtanın daha nazik olduğunu bildirib.
İctimai Rəy Xəzər TV-yə istinadən məlumat verir ki, bəzi satıcılar da söylənənlərin doğru olduğunu, buna təkcə taxta yox, şifer və digər materiallarda da rast gəlindiyini bildiriblər.
Çünki ölçü səhv qeyd edildiyinə görə hesablanma zamanı müştəridən artıq pul alınmış olur. Bu, daha çox kubla alınan materiallarda özünü göstərir.
Ekspert onu da bildirib ki, keyfiyyətsiz və ölçüləri standarta uyğun olmayan tikinti materialları az deyil. Bu da öz növbəsində, mənzillərdə təhlükə yarada bilər.
Ətraflı süjetdə:
Comments are closed.