Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 iyul tarixində bölgələrə daxili metodiki materiallar göndərərək azərbaycanlıların işə götürülməməsi tövsiyə olunub. Rəsmi izah kimi “Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin mürəkkəbləşməsi” göstərilib.
Musavat.com xəbər verir ki, sənədlərin nüsxələrini UNIAN yayıb.
Bundan əlavə, nazirlik iyulun 15-dək artıq işləyən azərbaycanlı vətəndaşların siyahısını təqdim etməyi tələb edib. Siyahıda onların tam adı, doğum tarixi, tutduqları vəzifələr, icazə sənədləri və əlaqə məlumatları göstərilməlidir. Rəsmi açıqlamaya görə, bu “sahədə vəziyyəti analiz etmək və risklərin qarşısını almaq” məqsədilə tələb olunur.
Bunun ardınca bir çox müəssisə azərbaycanlı işçilərinin olmadığını və onların işə götürülməsi ilə bağlı planlarının olmadığını bildirib.
Məlumatlarda qeyd olunur ki, ehtimal ki, müəssisələr hesabat verməzdən əvvəl azərbaycanlı əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıblar ki, rəsmi sənədlərdə onların olmaması göstərilsin.
Beləliklə, daxili tövsiyələr faktiki olaraq işə qəbul qadağasına çevrilib və əmək bazarına birbaşa təsir göstərir. Halbuki 2024-cü ildə Rusiya Əmək Naziri hələ ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır, onun inkişaf tempini tərifləyir və təcrübə mübadiləsinin qarşılıqlı faydalarını qeyd edirdi.



Comments are closed.