Böyük Britaniya artıq Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlamağa başlayıb.
“Report”un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Kiyevi dəstəkləyən “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinə videobağlantı ilə müraciət edərkən bildirib.
“Həmkarlara xatırlatmaq vacibdir ki, biz həmçinin Rusiyaya təzyiqi xüsusilə də iqtisadiyyat sahəsində sanksiyalar və lazım gələrsə, daha geniş tədbirlər vasitəsilə artırmağa hazırıq. Siz artıq bu tədbirlərin nəticəsini görə bilərsiniz və biz Böyük Britaniyada sərt sanksiyaların yeni paketini hazırlayırıq”, – deyə baş nazir bildirib.
Daha əvvəl Aİ, ABŞ və Ukrayna liderləri Amerika Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşə hazırlığı müzakirə ediblər.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.
Comments are closed.