“Fələstin dövlətinin yaradılmasına icazə verə bilmərik” – İsrail XİN başçısı

İsrailin Xarici İşlər naziri Qideon Saar 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb.

Musavat.com-un məlumatına görə, ABŞ jurnalistlərindən ibarət nümayəndə heyətinə brifinqdə çıxış edən Saar bildirib ki, belə bir dövlətin yaranması İsrailin təhlükəsizliyini ciddi risk altına qoyar.

“1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti İsrailin sıx məskunlaşmış bölgələrini təhlükəyə atar və ölkəni müdafiəsi mümkün olmayan sərhədlərdə saxlayar. Bu, intihar olardı. Fələstin dövləti İsrail torpaqlarının mərkəzində bizi məhv etmək istəyənlər üçün problemi ‘həll etmiş’ olardı. Biz buna icazə verə bilmərik”,-deyə Qideon Saar bildirib.

Nazir həmçinin ironiya ilə əlavə edib ki, “əgər Fransa və Kanada kimi böyük ölkələr öz ərazilərində Fələstin dövləti yaratmaq istəyirlərsə, buyursunlar, amma İsrail torpağında bu baş verməyəcək”.

Comments are closed.

Tərcümə »