Prezidentdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

İctimairey.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.

Comments are closed.

Tərcümə »