Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.
Bu barədə oxu.az-a “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:
“Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib”.
Comments are closed.