Azərbaycanda əkin sahələrini yandıran 2 nəfər SAXLANILDI

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan   verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Comments are closed.

Tərcümə »