Tanınmış rusiyalı aparıcı Ukraynada axtarışa verilib

Rusiyalı televiziya aparıcısı, Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman Ukraynada axtarışa verilib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Həmçinin, onun adı Ukraynanın “Sülhməramlı” ekstremist saytının məlumat bazasına salınıb.

Məlumat üçün əlavə edək ki, Anatoli Vasserman 1952-ci ildə Ukraynanın Odessa şəhərində olub. İxtisasca proqramçı olan A.Vasserman 1991-ci ildən jurnalistika ilə məşğuldur. O, 1994-cü ildə Ali Radaya keçirilən seçkidə iştirak edib, lakin seçilə bilməyib. Bir müddət sonra onun Ukrayna iqtidarı ilə problemləri başlayıb. 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putin ona Rusiya vətəndaşlığını verib./Oxu.az/

Comments are closed.

Tərcümə »