Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, onlardan 5-i ölüb”, – məlumatda deyilir.

Qəza nəticəsində 22 nəfərin yüngül, daha 2 nəfərin isə ağır xəsarət aldığı vurğulanır. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Asma körpü hərəkətə bağlanıb.

Comments are closed.

Tərcümə »