AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqaların 2025/2026 mövsümündə Bakı və Abşeron zonası üzrə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.
İctimai Rəy milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında baş tutan görüşdə liqalarda növbəti mövsümə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.
Comments are closed.