Fransanın dövlət borcu hər saniyə beş min avro artır

“Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır”.

Bu barədə baş nazir Fransua Bayru özünün “YouTube” kanalında yayımlanan vətəndaşlara videomüraciətində bildirib.

Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3.4 trilyon avroya çatıb.

Baş nazir həddindən artıq yüksək borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb.

Bayru, həmçinin əlavə edib ki, Fransada büdcə disbalansı 50 ildən artıqdır ki, davam edir və bu hal qəbuledilməzdir.//Oxu.az

Comments are closed.

Tərcümə »