Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkədə səfərdə olan Pakistanın HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.
Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti, şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin “N” hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
Comments are closed.