Qazaxıstan Rusiya Dəmir Yollarına qarşı İSTİNTAQ BAŞLATDI

Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyinin (APDC) Şimali Qazaxıstan vilayəti üzrə departamenti “Rusiya Dəmir Yolları”nın (RZD) tərkibində fəaliyyət göstərən Cənubi Ural Dəmir Yolunun Petropavlovsk şöbəsinə qarşı araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İstintaqa səbəb “Agrimer Mamlutka” MMC-nin müraciəti olub. Şirkət elektron vaqon tərəziləri üçün metroloji xidmətlərin dəyərinin əsassız şəkildə artırıldığını, xüsusən də yoxlama zamanı istifadə edilən sınaq yüklərinə görə əlavə vəsait tələb olunduğunu bildirib.

Məlumata görə, RZD-nin Qazaxıstan filialı 2025-ci ilin yanvar ayından etibarən həmin xidmətin qiymətini 9,5 faiz artıraraq ƏDV daxil olmaqla 845 min tengeyə (təxminən 1500 ABŞ dolları) yüksəldib. Halbuki ölkənin digər bölgələrində bu cür xidmətlərin qiyməti təxminən 391 min tenge (720 dollar) civarındadır.

Qurum tərəfindən 2024-cü il və 2025-ci ilin yanvar-fevral aylarını əhatə edən dövrdə bazarda rəqabət vəziyyəti üzrə plandankənar təhlil aparılıb. Nəticədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri, inhisarçı yüksək qiymətlərin tətbiqi müəyyən edilib. Bu hal Qazaxıstan Respublikası Sahibkarlıq Məcəlləsinin 174-cü maddəsinin 1-ci yarımbəndinə uyğun olaraq qiymətləndirilir.

Qeyd olunan səbəblər əsasında Rusiya Dəmir Yollarının adıçəkilən filialına qarşı rəsmi antiinhisar araşdırması başlanıb. İstintaqın müddəti üç aydan beş aya qədər davam edə bilər.

Comments are closed.

Tərcümə »