Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan iki oyun təxirə salına bilər.
Avrokuboklarda çıxış edən komandalar həftəsonundakı matçlarında başqa tarixdə reallaşmasını istəyirlər.
Bunlar “Fənərbağça” və “Beşiktaş”dır.
“Fənərbağça” artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib. Digərinin isə TFF-yə müraciəti gözlənilir. Qurum qərarını çərşənbə günü açıqlayacaq.
Qeyd edək ki, “Fənərbağça” UEFA Çempionlar Liqasının, “Beşiktaş” Konfrans Liqasının təsnifat mərhələsində çıxış edir. “Fənərbağça” Superliqanın I turunda evdə “Alanyaspor”la, “Beşiktaş” isə səfərdə “Kayserispor”la qarşılaşmadır.//Report
Comments are closed.