Türkmənistan və AEBA 2030-cu ilə qədər əməkdaşlıq proqramına dair razılığa gəlir

Türkmənistan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) 2025-2029-cu illər üçün Əməkdaşlıq üzrə Çərçivə Proqramını razılaşdırırlar.

“Report” Türkmənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Türkmənistan xarici işlər nazirinin müavini Ahmet Qurbanovun Avazada AEBA-nın müavini Liu Hua ilə görüşü zamanı məlum olub.

“Tərəflər Türkmənistan hökuməti ilə AEBA arasında 2025-2029-cu illər üçün ölkə üzrə Çərçivə Proqramı layihəsinin razılaşdırılmasını müzakirə ediblər. Bu sənədin yaxın zamanda imzalanmasına maraq ifadə olunub”, – qurumun məlumatında deyilir.

İştirakçılar, həmçinin cari proqram və layihələri, xüsusilə də ölkədə səhiyyənin inkişafı üçün agentliyin ekspert və texniki imkanlarından istifadəni müzakirə ediblər.

Comments are closed.

Tərcümə »