Türkiyə ilə ABŞ S-400 məsələsini həll edir

ABŞ və Türkiyə S-400 hava hücumundan müdafiə sistemi probleminin həllinə doğru irəliləyir.

 Bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Habertürk telekanalında deyib:

“Əlbəttə, biz bir həll tapacağıq. S-400 problemi 2017-ci ildə anlaşılmazlıqlar ucbatından yaranan bir məsələdir. On il sonra biz tamamilə fərqli vəziyyətdəyik və həll yoluna doğru irəliləyirik. Bir vaxtlar siyasi fikir ayrılığına səbəb olan F-35, F-16 və S-400 ilə bağlı məsələlər həllini tapır. Xüsusilə indi – ticarət həcmini ildə 100 milyard dollara çatdırdığımız və NATO-nun Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözlədiyi bir vaxtda”.

Barakın Ankaradakı səfir kimi sələfi Jeff Flake Türkiyənin F-35 döyüş təyyarəsi proqramına qayıtma ehtimalının olmadığını, lakin S-400 problemi həll olunarsa, bu təyyarələri ala biləcəyini demişdi.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 aldıqdan sonra F-35 inkişaf proqramından çıxarılıb. Ölkə bu qırıcılar üçün bəzi komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal edirdi. ABŞ Türkiyənin proqrama qayıtmasının yalnız S-400-dən imtina etməsi şərtilə mümkün olduğunu bildirib.\\musavat\\

Comments are closed.

Tərcümə »