Cadular Körpələrə Qədər Uzandı: Azərbaycanda Gizli Sehr Aləmi Açıqlandı!

Bildiyimiz kimi, cadu və sehr insanın maddi və mənəvi olaraq bütün həyatına təsir edir. Çox təəssüf ki, bu gün artıq demək olar ki, hər kəs cadu və sehrə yaxınlaşır. Biz bunu son günlərdə mediada yayılan xəbərlərdə də görə bilərik. Müasir elm sehr və cadunu fiziki qanunlarla izah edə bilmədiyi üçün bunları inanca əsaslanan praktikalar kimi qəbul edir.

İslam dininə görə sehr və cadu haram hesab olunur və Qurani-Kərimdə bu əməllərlə məşğul olanların Allahın yolundan azdığı bildirilir. “Bəqərə” surəsinin 102-ci ayəsində Babildə Harut və Marut adlı mələklərin insanlara sınaq üçün sehr öyrətdiyi qeyd olunur. Bu ayədə cadunun insanlar arasında ayrılıq salmaq üçün istifadə olunduğu vurğulanır. İslamda cadugərlik və falçılıq ciddi şəkildə qadağan olunub və bu əməllərə uyan şəxslər tövbə etməyə çağırılır.


Bu barədə Zafer Tv olaraq ekstrasens, spiritualist, hüddam, bioenerji uzmanı Elvinin bu haqda yazısını təqdim edirik:

“İllərdir bu işlə məşğulam, ekstrasens və spiritualist kimi danışmanlıq edirəm. Həqiqi mənada sizə deyə bilərəm ki, hazırda ölüm caduları daha çox üstünlük təşkil edir.

Çox təəssüflər olsun ki, əsasən böyük uğurları, nailiyyətləri, qazancları olan şəxslərə bu əməli edirlər. Bu sehrləri edən insanlar bir nömrəli olaraq şeytanla işləyirlər. Buna satanizm də demək olar.

Bu əməlləri edən cadugərlər ruhunu şeytana satmış insanlardır. Hətta bu cadugərlər körpə, yeni doğulmuş uşaqlara belə bu cür əməllər edirlər.

Mən dəfələrlə vurğulamışam ki, sehr və cadu insanın həm maddi, həm mənəvi, həm də psixologiyasına ciddi şəkildə təsir edir. Bu, dinimizdə də var və sübut olunubdur.

Belə şeylər təkcə bizim ölkəmizdə deyil, ən geridə qalmış ölkələrdən ən müasir ölkələrə qədər mövcuddur.

Bəzən insanlar deyir ki, bəs nəyə görə ancaq müsəlmanlarda bu kimi hallar rast gəlinir? Amma bu, belə deyil. Xristianlarda, yəhudilərdə, islamda, adi buddizmdə belə cadu və sehr var.

Dillər, sözlər, cümlələr fərqli ola bilər, amma hamısında cadudan və sehrdən istifadə olunur.

Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanda baxıcılar, özlərinə ekstrasens deyənlər və sair hərə özünə bir ad qoyur. Amma çoxları da o sözün mənasını bilmir və bunlarla bağlı nə elmləri, nə də vergiləri yoxdur. Təəssüf ki, insanlarda belələrinə aldanırlar.

Ancaq cadugər yanına gedənlərin də çoxunun ürəyində kibr və nifrət var. Bu da onları günaha sürükləyir. Necə ki, cadugəri sürüklədiyi kimi, onun yanına gedəni də sürükləyir.

İnsanlar çox vəhşiləşib və qəlblərində kibr yaranıb. Misal olaraq onu deyə bilərəm ki, bir dəfə yanıma bir pasiyent gətirmişdilər – havalanmış, ağır vəziyyətdə idi. Onu həkimlərə də aparmışdılar, əlavə olaraq çox tanınmış ekstrasens və baxıcı yanına da. Amma dərdinə əlac tapılmamışdı. Və son olaraq mənim yanıma gətirdilər.

Mən pasiyentə toxunanda özüm də çox təəccübləndim və pis hallara düşdüm. Yeni ölən insanın yuyulma vaxtı pasiyentimin şəklini qurd yağına sürtüb birbaşa meyitin ağzının içinə qoyub, üstündən də pambıq qoymuşdular.

Mən qəbiristanlıqda özüm şəxsən əlimlə meyitin ağzından çıxartmışam həmin cadunu. Ondan sonra pasiyentimin bütün həyatı dəyişdi.

Buradan sözüm inanmayan insanlara yönəlib: Allah vergisini qəbul etdikdən sonra zaman ötdükcə o qədər çətinlik yaşayan insan gördüm və özüm də o qədər çətinlik yaşadım ki, artıq mənə kimsə desə ki, “Mən belə şeylərə inanmıram”, mən onları diqqətə almıram. Heç vaxt da mübahisə etmərəm və sorğu-sual da aparmaram ki, “Niyə?”

Çünki zaman gələcək və hər kəs anlayacaq.” 

Comments are closed.

Tərcümə »