Azərbaycanlı tələbələrin dövlət proqramı ilə xarici ölkələrdə təhsil alması beynəlxalq səviyyədə keyfiyyətli ali təhsilə çıxışı təmin edir. Bu proqram vasitəsilə tələbələr tam maliyyələşdirilir, nüfuzlu universitetlərdə oxumaq imkanı qazanır, qlobal bilik və bacarıqlara yiyələnərək ölkəyə qayıtdıqdan sonra müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərə bilirlər. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, dövlət xətti ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 2024/2025-ci tədris ilində əvvəlki tədris ili ilə müqayisədə 114 nəfər artaraq 1111 nəfərə çatıb. Tələbələr əsasən 10 xarici ölkədə dövlət proqramına təhsil almaq imkanı qazanıblar. Ən çox tələbə göndərilən ölkə 478 nəfər olmaqla Türkiyədir. Bundan əlavə, Macarıstanda 321, Rusiyada isə 198 nəfər azərbaycanlı tələbə dövlət proqramı çərçivəsində ali təhsil alır. Çin (72 nəfər), Qazaxıstan (12 nəfər), Rumıniya (13 nəfər) və Koreya (3 nəfər) da siyahıda yer alır. Tələbə göndərilən digər ölkələr belə sıralanır: – ABŞ: 1 nəfər – Böyük Britaniya və Şimali İrlandiya: 4 nəfər – İspaniya: 3 nəfər Qeyd edək ki, Latviya, Almaniya, Kanada, Avstraliya, Niderland əvvəlki illərdən fərqli olaraq son tədris ilində dövlət proqramı ilə bu ölkələrdə təhsil alan tələbə olmayıb. Yuxarıda qeyd olunan siyahıdan əlavə ölkələrdə isə ümumilikdı 6 nəfər dövlət proqramı ilə xaricdə təhsil haqqı qazanıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn”la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Comments are closed.

Tərcümə »