Azərbaycanda bahalı cərrahiyyə əməliyyatlarının 90 %-dən çoxu özəl tibb müəssisələrində aparılır

İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirdiyi cərrahiyyə əməliyyatlarının əksəriyyəti özəl tibb müəssisələrində həyata keçirilib.

İctimai Rəy bu barədə Hesablama Palatasının auditinə əsasən xəbər verir.

Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin dərman və tibbi sərfiyyatla təminatı tam şəkildə həyata keçirilsə də, 2023-2024-cü illərdə dəyəri 5 min manat və ondan yüksək olan əməliyyatların 90 %-dən çoxu özəl tibb müəssisələrində icra edilib.

Comments are closed.

Tərcümə »