Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edən üç könüllü ölüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb.

Məlumata görə, ötən gecə 1777 şəxsi heyət və 688 yanğınsöndürən maşın yanğını nəzarət altına almaq istiqamətində fəaliyyət göstərib. Onlara havadan da dəstək verilib.

İnformasiyaya əsasən, fəlakətlə əlaqədar 18 kəndin, 50 məhəllənin sakinləri təxliyə edilib.

Comments are closed.

Tərcümə »