Moskvanı PARTLATMAQ İSTƏDİLƏR– ŞOK PLAN ortaya çıxdı – Rusiya AYAQDA!

Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı törədən dəstənin başqa üzvləri daha bir terror aktı törətməyə cəhd ediblər.

Publika.az xəbər verir ki, dəstə üzvləri Dağıstanın Kaspiysk şəhərindəki “Moskva” əyləncə mərkəzini partlatmağı planlaşdırıblar. Bu barədə TASS-ın araşdırdığı cinayət işinin materiallarında deyilir.

“01.02.2024-cü ildən 31.03.2024-cü il tarixədək “Vilayət Xorasan” terror təşkilatının təşkilatçıları sözügedən terror aktına hazırlıq zamanı partlayış törətmək üçün kustar üsulla hazırlanmış partlayıcı qurğu düzəldiblər, lakin hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındığı üçün qrup üzvlərindən asılı olmayan şəraitə görə cinayət tamamlanmamışdır”, – məlumatda deyilir.

Bundan əvvəl iş materiallarından məlum olub ki, Soliyev, İsmayılov və Qadoyev “Krokus Siti Holla” hücumu törədənlər üçün Dağıstandan Moskvaya odlu silah gətirib və onlardan birinə təhvil veriblər.

“Krokus”da terror aktı 2024-cü il martın 22-də törədilib. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər həlak olub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Comments are closed.

Tərcümə »