Çindən qəbul edilən blok-qatarların sayı 2 dəfədən çox artıb

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çindən 199 blok-qatar qəbul edib.

İctimai Rəy ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Yanvar-iyun aylarında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

Comments are closed.

Tərcümə »