Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

İctimai Rəy AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da start götürəcək.

Comments are closed.

Tərcümə »