Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 8 nəfərə çatıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlardan 2-si uşaq, 6-sı böyükdür.
Onların hər biri Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Müvafiq qurumlar hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.
***
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 7 nəfər zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Comments are closed.