ABŞ senatorlarından Azərbaycana qarşı təxribat – YENİ GƏLİŞMƏ

ABŞ Konqresində Azərbaycana qarşı növbəti əsassız və qərəzli təşəbbüs irəli sürülüb.

Senator Coş Houlin və konqresmen Rayli Mur Senata və Nümayəndələr Palatasına təqdim etdikləri qətnamələrdə guya Azərbaycanda və “Dağlıq Qarabağ”da erməni xristianlara qarşı etnik təmizləmə aparıldığını iddia ediblər.

Qətnamələrdə təkcə Azərbaycan deyil, Türkiyə və Suriya da hədəfə alınır. Sənəddə bu ölkələrdə yaşayan erməni və digər xristianların sistemli şəkildə təqib edildiyi, hüquqlarının pozulduğu bildirilir. Xüsusilə 2020–2023-cü illər arasında Azərbaycanın guya “Dağlıq Qarabağ”da erməni mədəni irsini məhv etdiyi və bölgədə etnik təmizləmə apardığı iddiası önə çəkilir.

Musavat.com-un təhlilinə görə, bu qətnamələr Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa açıq hücumdur.

Çünki artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu ərazi 2020-ci ildə hərbi-siyasi yolla bərpa olunmuş və Şərqi Zəngəzur iqtisadi bölgəsinə birləşdirilmişdir. ABŞ senatorlarının bu terminologiyadan istifadə etməsi təkcə hüquqi reallıqlara yox, həm də sülh prosesinə zidd addımdır.

Bu qətnamələrin arxasında açıq-aşkar erməni diasporu və onun ABŞ-dakı təsir dairələri dayanır. Onlar regionda sülhə və sabitliyə mane olmaqla yanaşı, Ermənistanı daha da uçuruma aparan ritorika və siyasəti təşviq edirlər. Əgər bu “ermənidən artıq ermənipərəst” dairələr 30 il ərzində reallığı görsəydilər, Ermənistan bu qədər ağır məğlubiyyətlə üzləşməzdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın “dəmir yumruğu” məhz belə təxribatçı və separatizmi körükləyən siyasətlərin nəticəsində zəruri oldu. Əgər Ermənistan və onun havadarları bu illər ərzində hüquqa deyil, ambisiyaya yox desəydilər, Bakını, Gəncəni, Mingəçeviri, Sumqayıtı, daha sonra isə bütövlükdə Qarabağı – Azərbaycanda yaşama haqqını itirməsdilər.

Nəticədə ermənilər bu gün nəinki Qarabağda yaşana şansını itirib, hətta Ermənistan daxilində də mövcudluğunu qorumaqda çətinlik çəkir. Ölkədə əhalinin sayı 2 milyon civarına enib, böyük köç davam edir. Bu tənəzzülün əsas səbəbi Ermənistanın öz siyasəti deyil, onu yoldan çıxaran xarici güclərin — o cümlədən ABŞ siyasətində mövcud olan erməni lobisinin provokativ davranışlarıdır.

Güney Qafqazda “erməni kartı” ilə oynayanlar anlamalıdır ki, Azərbaycan təkcə hüququnu deyil, torpağını da qoruyur. Bu reallığı dəyişmək mümkün deyil. Əgər yenidən bu təxribatlar davam edərsə, dəmir yumruq hələ çox başlara dəyəcək.

Comments are closed.

Tərcümə »