Prezidentdən beynəlxalq ikili diplom proqramları ilə bağlı- Sərəncam

Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq.

İctimai Rəy xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılacaq və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncam nəzərə alınmaqla, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Comments are closed.

Tərcümə »