“Mırt“ vurmuşam – Alim Qasımov (VİDEO)

Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib. 

Xanəndə Xətai rayonunda “Əkinçi” qəzetinin yaranmasının 150 illiyinə həsr olunmuş tədbirdə OLAY-a danışıb.

Muğam ifaçısı deyib ki, rep dediyi videoların paylaşılmasından xəbəri olmayıb:

“Mənim ondan xəbərim yoxdur. Kim yazıb pozur, onlarla işim yoxdur. Studiyaya getmişdim, “mırt vurmuşam”, o da paylaşılıb. Eybi yoxdur. Hər şey zarafatla başlayır, gerçəyə dönür”.

Comments are closed.

Tərcümə »