Bitcoin 121 min dollara yaxınlaşır – SON QİYMƏT

2025-ci ilin ortaları artıq kriptovalyuta tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalır.

Tanınmış kriptovalyuta olan Bitcoin bu səhər 120 219.29 dollar qiyməti ilə ticarətə başlayaraq rekord göstəricisi olan 121 min dollara yaxınlaşıb. Qiymətdə son 1 saatda 0,36%, son 24 saatda isə 1,77% artım qeydə alınıb. Daha geniş baxsaq, son 7 gün ərzində 3,75%-lik artım, bazarın Bitcoin-ə inamını əyani şəkildə nümayiş etdirir.

Bitcoin-in bazar dəyəri hazırda 2 trilyon 395 milyard dolları ötüb. Bu rəqəm təkcə rəqəmsal valyutaların deyil, bütövlükdə qlobal maliyyə sektorunun diqqət mərkəzindəki bir aktivə çevrildiyini sübut edir. Toyuqlu pizza

Bazarda aktivlik də yüksəlib: 24 saat ərzində Bitcoin-lə aparılan ticarət həcmi 73 milyard 690 milyon dollara çatıb. Bu göstərici həm alıcı, həm də satıcı marağının artdığını göstərir.

Hazırda dövriyyədə olan Bitcoin sayı 19.89 milyon BTC-dir, bu isə maksimum 21 milyonluq limitə çox az qaldığını göstərir. Bu məhdud təklif mexanizmi fonunda tələbin artması, qiymətin daha da yüksəlməsi ehtimalını gücləndirir.

İllik performans da Bitcoin-in bu yüksəlişini təsdiqləyir – 2025-ci ilin əvvəlindən bu yana kriptovalyutanın qiymətində 27,32%-lik artım qeydə alınıb. Yəni bu ilin əvvəlində BTC-yə yatırım edən bir investor hazırda sərmayəsinin dörddə birindən çoxunu qazanc şəklində görür. Bu isə onu göstərir ki, Bitcoin bu il də maliyyə bazarlarında ən çox qazandıran aktivlərdən biridir./Yenisabah.az

Comments are closed.

Tərcümə »