Böyük Britaniya və Almaniya silahlı hücum halında bir-birinə yardım etməyi nəzərdə tutan yeni ikitərəfli müdafiə sazişi imzalayacaq.
Musavat.com xəbər verir ki, sənəd bu gün Londonda Britaniyanın Baş naziri Kira Starmer və Almaniya kansleri Fridrix Merts arasında keçiriləcək görüş zamanı rəsmiləşdiriləcək.
“Bloomberg”in məlumatına görə, bu saziş Avropa ölkələrinin Rusiya ilə bağlı artan təhlükəsizlik narahatlıqlarına cavab olaraq hazırlanıb. Almaniyadan olan yüksək səviyyəli mənbə bildirib ki, sənəd eyni zamanda ABŞ-ın NATO qarşısındakı öhdəliklərinə sadiqliyini də təsdiqləyəcək.
Qeyd edilir ki, bu razılaşma NATO-nun Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş kollektiv müdafiə prinsipini əvəz etmir, sadəcə onu tamamlayaraq ikitərəfli səviyyədə təhlükəsizlik zəmanətlərini gücləndirir.
Comments are closed.