Vilayəti kimi boşboğazların bəyanatları Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərə bilməz

İranın ali dini lideri Xamenenin müşaviri Əli Əkbər Vilayətinin Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşü zamanı Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirməsi, əslində, fars-molla rejiminin özünün çürük və xain mahiyyətini göstərir. Utanmadan ölkəmizə böhtan atan, “Azərbaycan İslam dünyasının baxışlarına zidd addımlar atır” deyərək Pakistanla münasibətlərimizi korlamağa çalışan Xameneyinin bu panfarsçı müşaviri Azərbaycana qarşı danışacaq ən sonuncu adamdır. Tipik molla təfəkkürünə malik olan və molla rejiminin ideoloqlarından biri sayılan Əliəkbər Vilayətinin beynəlxalq hüquqdan, beynəlxalq diplomatiyadan xəbəri yoxdur.

Bu baxımdan belə bir cahil adamın beynəlxalq diplomatiya normalarını pozaraq Azərbaycanın xarici siyasətinə qarşı dil uzatması, qərəzli fikirlər səsləndirməsi bir tərəfdən molla rejiminin özünü ifşa edir, digər tərəfdən isə rəsmi Tehranın qalib Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü uğurlu xarici siyasətdən necə dərin narahatlıq hissi keçirdiyini ortaya qoyur. Yaxın Şərqdəki proksi gücləri çökdürülən, Suriyadan qovulan və İsrail ilə 12 günlük müharibədə ağır məğlubiyyətə uğrayan İran İslam Respublikasının regionda nüfuzunu itirməsi fonunda, Azərbaycanın Türkiyə, Pakistan, İsrail və Qərb ölkələri ilə əməkdaşlığı dərinləşdirərək yeni regional aktor kimi mövqelərini möhkəmləndirməsi fars-molla rejimi üçün qəbuledilməz faktordur.

Molla rejimi Azərbaycanın regionda müstəqil siyasət aparması ilə heç cürə barışa bilmir. Çünki İran regionda təklənir, oyundankənar vəziyətə düşür. İran Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir göstərmək imkanlarını sürətlə itirir. Hətta Xameneinin “qırmızı xətt” elan etdiyi Zəngəzur dəhlizinin açılması məsələsində də İranın mövqeyi artıq heç kim üçün önəmli deyil. Azərbaycanın uğurlu xarici siyasəti İranın bu proseslərə təsir imkanlarını minimallaşdırıb. Bütün bünlar şübhəsiz ki, getdikcə iflasa uğrayan molla rejimini ciddi şəkildə narahat edir. Mollalar Azərbaycanın müstəqil xarici siyasətini sabotaj etmək üçün Əliəkbər Vilayəti kimi tükənmiş fiquru irəli verirlər. Ancaq Vilayəti kimi boşboğazların bəyanatları Azərbaycanın xarici siyasətinə heç bir təsir göstərə bilməz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »