Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır
Din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur:
“Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Bu mənada məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan mətbuatında dini mövzulara münasibətdə emosional yanaşma deyil, elmi, hüquqi və ictimai məsuliyyətə əsaslanan obyektivlik əsas meyar kimi çıxış edir”.
Komitə sədri qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi medianı hər zaman tərəfdaş kimi qəbul edir, açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürür:
“İnanırıq ki, sizlərin dəstəyi ilə milli dəyərlərimizin qorunması, cəmiyyətimizdə ideoloji sabitliyin möhkəmləndirilməsi istiqamətində daha çox iş görmək mümkündür”./Report
Comments are closed.