İlham Əliyev Ərdoğana: Ölkələrimizin sarsılmaz qardaşlığı həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik amilidir
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir.
İctimairey.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 2016-cı il dövlət çevrilişə cəhdinin qarşısının alınmasının növbəti ildönümü ilə bağlı müraciətində deyilir:
“Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək”.
Comments are closed.