“Fənərbağça” klubu braziliyalı futbolçu Anderson Taliskanın bud nahiyəsindən zədə aldığını açıqlayıb.
Milli.Az xəbər verir ki, klubun verdiyi rəsmi məlumata görə, Taliska dünən Trendyol Superliqasının yeni təmsilçisi “Fatih Karagümrük”ə qarşı keçirilən yoldaşlıq görüşündə zədələnib.
Zədəsinin dərəcəsi ilə bağlı dəqiq məlumat verilməsə də, futbolçunun müalicəsinə artıq start verildiyi və vəziyyətinin izlənildiyi bildirilib.
Bu səbəbdən, təcrübəli yarımmüdafiəçinin sabah başlayacaq Portuqaliya toplanışına qatılmayacağı dəqiqləşib.
Qeyd edək ki, “Fənərbağça” yeni mövsüm hazırlıqları çərçivəsində Portuqaliyada təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Comments are closed.