Bu ilin birinci yarısında miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi cərimələnib, ölkəyə girişləri məhdudlaşdırılıb

Bu ilin birinci yarısında miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb.

İctimai Rəy xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin əcnəbilərin ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Bu dövr ərzində 11 halda ölkəyə tənzimlənməyən miqrasiyanın təşkili halları aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisindən istifadə etməklə üçüncü ölkələrə göndərilməsinin təşkili, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

Comments are closed.

Tərcümə »