Bakıda bu dairə sürücülər üçün təhlükə yaradır – “Hər gün qəza olur”

Bakının Xətai rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında yerləşən Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsindəki dairə sakinlərin və sürücülərin narahatlığına səbəb olur.

Bu barədə şikayət BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, sözügedən dairədə demək olar ki, hər gün bir neçə yol-nəqliyyat hadisəsi baş verir:

“Mən özüm həmin ərazidə gündəlik hərəkət edirəm. Həmin dairə o qədər təhlükəlidir ki, az qala hər gün orada bir və ya iki qəza baş verir. Bu gün bir qadın sürücü təcrübəsizliyinə görə az qala mənimlə toqquşacaqdı. Yəni bir anlıq ehtiyatsızlıq faciəyə çevrilə bilərdi”.

Qeyd olunub ki, dairədə və kəsişmə yollarda yol nişanı olmadığınnan, hərəkət edən nəqliyyat vasitələri üçün təhlükəli zona əmələ gəlib.

Sözügedən kadrları təqdim edirik:

Comments are closed.

Tərcümə »