Tramp ABŞ-a mis idxalına 50% rüsum tətbiq edib

Tramp Amerika sənayesini bərpa etmək üçün misə 50% rüsum tətbiq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bir müddət əvvəl onun tariflərin tətbiqi planları ilə bağlı açıqlamaları mis qiymətlərinin rekord səviyyəyə qalxmasına səbəb olub.

“Milli təhlükəsizliyimizin ətraflı qiymətləndirilməsini aldıqdan sonra 2025-ci il avqustun 1-dən misə 50% tariflərin tətbiqini elan edirəm”, – Tramp Truth sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, ABŞ-ın mis sənayesi ölkənin əvvəlki rəhbərliyinin fəaliyyəti ucbatından tənəzzülə uğrayıb. O, misin yarımkeçiricilərin, təyyarələrin, elektromobillər üçün akkumulyatorların və hərbi texnikanın istehsalında əsas rol oynadığını vurğulayıb.

Donald Tramp misa tariflər tətbiq etmək niyyətini ilk dəfə iyulun 8-də Nazirlər Kabinetinin iclası zamanı bəyan edib. Bu, Çilidən və digər əsas mis ixrac edən ölkələrdən mis tədarükünün həcmini artıran şirkətlərin aktivləşməsinə səbəb olub. Trampın bəyanatından sonra, “Nyu-York Tayms” qəzeti yazıb ki, Amerika misinin fyuçerslərinin dəyəri rekord səviyyəyə qalxıb.

Comments are closed.

Tərcümə »