2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Nazirin bildirib ki, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır:
“Bu kateqoriyaya 1399 nəfər daxildir.
11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500-2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir.
33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000-1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir.
41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500-1000 manat əməkhaqqı alır. Bu qrupa 49 757 nəfər daxildir.
14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 492 nəfərdir”.
Nazir əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.\\musavat\\
Comments are closed.