Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üçün təmasları alqışlayır.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşünə Kremlin necə reaksiya verməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Peskovun sözlərinə görə, Moskva dialoq faktını alqışlayır:
“Biz, əlbəttə ki, belə bir birbaşa dialoq faktını alqışlayırıq və müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq. Məhz belə bir sazişin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh əlavə edəcək çox mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik”.
Comments are closed.