Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib

Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.

İctimai Rəy qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 119-cu pillədən 122-yə enib.

Yığma hazırda 1148 xala malikdir.

Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867) ikinci, Fransa (1862) isə üçüncü pillədə yer alıb.

Comments are closed.

Tərcümə »