Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək

Sabah Balakən rayonunda 20 mindən artıq abonentə təbii qazın verilişi dayandırılacaq.

Bu barədə İctimai Rəy  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qazın verilişinin dayandırılması İstehsal Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində PE-160 mm və PE-225 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlıdır.

Bununla əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Balakən qazpaylayıcı stansiyanın (QPS) Balakən ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla, Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali abonenti və 258 qeyri əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Comments are closed.

Tərcümə »