Husilər Yəmən yaxınlığında gəmiyə hücum edib, yaralananlar, itkin düşənlər var

Yəmən husilərinin ticarət gəmisinə hücumu nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.

“Report”un xəbərinə görə, bu barədə “Reuters” Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verən hadisə nəticəsində gəminin mühərrikləri zədələnib, bundan sonra gəmi dreyf etməyə başlayıb.

Daha əvvəl “Stem Shipping” şirkəti yük gəmisini tərk edən 19 ekipaj üzvünün hamısının təhlükəsiz olduğunu bildirib.

Husilərin silahlı qüvvələrinin sözçüsü Yəhya Saria “Ənsar Allah” hərəkatının hücumuna məruz qalan “Magic Seas” quru yük gəmisinin Qırmızı dənizdə batdığını bildirib.

Comments are closed.

Tərcümə »