6 min manat müavinət kimlərə veriləcək?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.

Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

“Əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir”, – deyə deputat bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Comments are closed.

Tərcümə »