Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.
Bu işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzinin hazırladığı sxem əsasında həyata keçirilir.
Təmir işlərinin yubanmasına görə insanlar yolda qalır, avtobusda sərnişinlərin halı pisləşir, yolda maşınlar xarab olur, çoxları piyada gedir.
Binəqədi şosesi boyunca yerləşən yeni yaşayış komplekslərinin kanalizasiya sisteminə qoşulması məqsədilə aidiyyəti qurumlardan icazə alınıb və asfalt örtüyü müvəqqəti olaraq sökülüb.
Qeyd edək ki, işlər aparıldığı müddətdə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmasa da, ciddi sıxlıqlar müşahidə olunur.
Hazırda təmirin nə zaman başa çatacağı ilə bağlı rəsmi açıqlama yoxdur./Milli.Az
Comments are closed.