ŞKTC Prezidenti: TDT çərçivəsində keçirilən tədbirlər birliyimizi daha da möhkəmləndirir

Biz bir millət, üç dövlətik.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (ATU) Fəxri doktor diplomunun təqdimat mərasimində deyib.

Prezident bəzən dost ölkələr arasında tərəddüdlər müşahidə olunduğunu desə də, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman Türkiyə ilə birlikdə Şimali Kiprə qətiyyətli dəstək göstərdiyini vurğulayıb:

“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən tədbirlər bu birliyi daha da möhkəmləndirir”.

Comments are closed.

Tərcümə »