“Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil. Ən vacib məqam iyulun 23-də bizim hansı vəziyyətdə olmağımızdır”.
Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis məğlubiyyətə baxmayaraq, oyundan razı qaldığını vurğulayıb:
“Mövsümün başa çatmasından sonra ilk yoxlama görüşümüzü keçirdik. Bizə əsas lazımdır ki, daha çox yoxlama matçları keçirək və fiziki göstəricilərimizi artıraq. Qol buraxmaq yaxşı hal deyil. Lakin bu gün 4:0 hesabı ilə qalib gəlsəydik belə, nəticə mənim üçün önəmli deyil. Əsas odur ki, bu cür yoxlama görüşlərində öz səhvlərimizi görək və onların üzərində işləyək. Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil. Əsas odur ki, rəsmi qarşılaşmalarda bu cür səhvlər buraxmayasan.
İndiyə qədərki hazırlığımızı faiz olaraq qiymətləndirə bilməyəcəyəm. Amma gözlədiyimdən daha yaxşıdır. Axı, istirahətdən yeni qayıtmışıq. Bu, bizim üçün çox önəmlidir. Üzərinə bir az da qoymalıdırlar, bunu oyunçularımın özləri də yaxşı başa düşürlər. Keçən il bizim üçün yaxşı təcrübə oldu. Komandanın fiziki forması çox önəmlidir. Çalışıb rəsmi matçlara qədər bunu qaydasına salacağıq”.
Qeyd edək ki, bu gün “Azərsun Arena”da keçirilən yoxlama oyununda “Zirə” “Qarabağ”a 0:4 hesabı ilə uduzub. (Fanat.az)
Comments are closed.