Qarpız sevənlər üçün vacib XƏBƏRDARLIQ

Mövsümündən əvvəl qarpız yemək təhlükəlidir. 

Bu barədə dietoloq Elena Solomatina “Sputnik” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, qarpızı mövsümündə – iyulun sonu və avqustda yemək məsləhətlidir.

“Erkən yetişdirilən qarpızlara çox vaxt böyüməni sürətləndirmək üçün nitratlar vurulur. Bu maddələr orqanizmə düşdükdə zərərli maddələrə çevrilə və müxtəlif xəstəliklərə səbəb ola bilər”,-deyə o bildirib.

Dietoloq həmçinin xəbərdarlıq edib ki, doğranmış və soyudulmadan saxlanılan qarpızlar da təhlükəlidir. Belə qarpızlarda bakteriyalar sürətlə artır və bu da zəhərlənməyə yol aça bilər.

Mütəxəssis məsləhət görür ki, insanlar bütöv, sərt qabıqlı, quru saplaqlı və zədəsi olmayan qarpız alsınlar./News24.az

Comments are closed.

Tərcümə »